19 İyul 2014 11:37
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə axşamı Ukraynada qəzaya uğramış Malayziya təyyarəsinin bütün sərnişinlərinin vətəndaşlığı müəyyən edilib.

Teleqraf.com RİA Novosti "Malaysia Airlines" aviaşirkətinin rəsmi saytına istinadən xəbər yayıb.

Son məlumatlara görə, Boeing-in göyərtəsində 192 Niderlan (onlardan birinin ABŞ vətəndaşlığı da olub), 44 Malayziya (ekipajın 15 üzvü və iki uşaq daxil olmaqla), 27 Avstraliya, 12 İndoneziya (biri uşaq olmaqla), 10 Böyük Britaniya (onlardan birinin CAR vətəndaşlığı da olub), 4 Belçika, 4 Almaniya, 3 Filippin, 1 Kanada və 1 Yeni Zelandiya vətəndaşı olub.

Ümumilikdə təyyarə qəzasında 298 nəfər həlak olub.

Məhv olmuş "Boeing 777" Amsterdamdan Kuala-Lumpura uçurdu. Sərnişinlərin arasında 85 uşaq olub.

Kiyev hakimiyyəti qəzada separatçıları günahlandırır. Onlar isə həmin yüksəklidə uçan təyyarəni vurmaq üçün vasitələrə malik olmadıqlarını iddia edirlər. Qəzanın araşdırılmasına müxtəlif beynəlxalq müşahidəçilər, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) və İnterpolun əməkdaşları qoşulmaq niyyətindədirlər.


Müəllif:

Oxşar xəbərlər