QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı - dinc əhaliyə qarşı mütəmadi törədilən qadın, uşaq və qocaların qətlləri barədə moizə edilməsi tapşırılıb. İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə isə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.
A.Paşazadə Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.