İspaniyanın Kataloniya əyalətinin Daxili İşlər Nazirliyi dəniz sahilində yerləşən Kambrils şəhərində törədilmiş terror aktı ilə Barselonadakı hücumun bir-biri ilə əlaqəsinin olduğunu təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, nazirliyin müşaviri Xoakin Forn deyib: “Bu hücumlar eyni kanaldan idarə olunur. Onların arasında əlaqə var”.
Qeyd edək ki, avqustun 17-də Barselonanın 120 kilometrliyində yerləşən Kambrils şəhərində beş terrorçu piyadaların keçdiyi yolu kəsib, amma onlar polis əməkdaşları tərəfindən məhv edilib. 7 nəfər, o cümlədən polislər yaralanıb. Həmin gün mikroavtobus Barselonanın turistik mərkəzlərindən biri olan Kambrilsdə insan kütləsinin üzərinə sürülüb. Nəticədə 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.