Bu günlərdə görkəmli alim Lütfi Zadənin nəşi Azərbaycana gətiriləcək.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-da Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri görülür.
Zülfüqar Fərzəliyev bildirib ki, Lütfi Zadəyə dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq: “Mərasim AMEA-tərəfindən təşkil ediləcək”.