26 İyul 2014 16:34
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti dərs ilinə xeyli vaxt qalsa da, valideynlərdən bəziləri indidən övladlarına məktəbli geyimi alır. Maraqlıdır, məktəbli geyimlərində qiymət dəyişikliyi baş veribmi?

Bakı Tikiş Evinin idarə heyətinin sədri Fədail Rəhimov məktəbli formasının hazırki qiymətini açıqlayıb.

Teleqraf.com modern.az saytına istinadən qiymətləri nəzərinizə çatdırır.

F.Rəhimovun sözlərinə görə, formalar 2 hissəyə bölünür:

I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə;

VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdə.

Məktəbli formalarının qiymətləri ölçülərə görə dəyişir. I-VI sinif şagirdləri üçün (26-44 ölçüdə) bir dəstin qiyməti 40 manatdır.

VII-XI siniflər üçün isə (34-54 ölçüdə) bir dəst 52 manata satılır. Bundan başqa dəstə daxil olan jilet, köynək, şalvar, yubka və pencəklər də ayrı-ayrılıqda satılır.


Müəllif:

Oxşar xəbərlər