9 Dekabr 2017 12:19
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında saxlanılan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili tərəfdarlarına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun müraciətini vəkili Ruslan Çernolutski yayımlayıb:

“Əziz və hörmətli ukraynalılar, məni yalan iddialarla həbs ediblər. Onlar bununla sizi qorxutmaq istəyirlər. Heç nədən qorxmayın! Hamınız cəsarətlə “İmpiçment” dinc aksiyasına qatılın! Ukraynanı korrupsionerlərdən qorumalıyıq. Bizim qələbəmizin alternativi yoxdur”.


Müəllif: Samir

Oxşar xəbərlər