11 Dekabr 2017 23:05
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:37

Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra brifinq keçirib.

Teleqraf.com xəbər verir ki, prezidentlər jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

***

Görüşdə müzakirə olunan məsələlər barədə məlumat verən Ərdoğan əsasən Qüdslə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib: "Cənab Trampın qərarı bölgədəki durumu daha da gərginəşdirib. Qüdslə bağlı mövqeyimiz cənab Putinin mövqeyinə çox yaxındır. Türkiyə və Rusiya arasında əməkdaşlıq gündən günə güclənir. Siyasi sahədə razılaşdırılmış addımlar atılır".

Putin görüşün məhsuldar olduğunu bildirib: "İki ölkə arasında iqtisadi əlaqələr, Suriyadakı durum, ABŞ-ın Qüdslə bağlı qərarını müzakirə etdik. Bölgədəki durum pisləşməkdədir".

Rusiyadan alınacaq S-400 müdafiə sistemi haqqında danışan Ərdoğan məsələnin bu həftə bitəcəyini qeyd edib.


Müəllif: Teleqraf