29 Dekabr 2017 13:38
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Miqrasiya Məcəlləsinə dəyişiklik edilib.

Teleqraf.com-un xəbərinə görə, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, hazırda ölkədə elektron qaydada yalnız birdəfəlik viza verilir:

“Təklif edilən dəyişiklik çoxdəfəlik vizaların da elektron qaydada həyata keçirilməsinə imkan verəcək. Bu vizaların müddəti isə 90 gündür. Qanunun 38.1-ci maddəsinin ikinci cümləsinə "30 günədək" sözlərindən sonra "çoxdəfəlik vizada isə 90 günədək" sözləri əlavə ediləcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər