4 Avqust 2014 17:43
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülən hərəkatının lideri Fətullah Gülən uzun aradan sonra qarğışlarla dolu yeni video yayımlayıb.


Türkiyənin Baş naziri R.T.Ərdoğan 17 dekabr əməliyyatlarından sonra Gülən və tərəfdarlarını “dövlət içində dövlət qurmaq istəyənlər” adlandırıb. Bundan sonra bütün mitinq və açıqlamalarında o, Fətullah Gülən və tərəfdarlarına ağır ittihamlar yağdırır. Gülən isə çox zaman buna cavab vermir.

Nəhayət, ABŞ-da yaşayan Fətullah Gülən səssizliyini pozub. İnternetə yeni yüklənən videoda Gülən yenə qarğış dolu cümlələrdən istifadə edib. Gülən, Ərdoğanın sözlərinə istinadən “kim dövlət içində dövlət yaratmaq istəyirsə, Allah onun bəlasını versin” deyib.

Lakin videoda ən çox diqqət cəlb edən detal isə Gülənin videonun əvvəlində beş dəfə “ekmel” sözünü təkrarlamasıdır. Görəsən, Fətullah Gülən bu hərəkəti ilə subliminal mesajmı verir?

Xatırladaq ki, Türkiyədəki prezident seçkisində müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğludur.

publika.az


Müəllif: