4 Avqust 2014 19:12
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 17 radələrində Hirkan Milli Parkının ərazisində, Yuxarı Nüvədi kəndinin yaxınlığında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın nəticəsində 30 sot sahəyə ziyan dəyib.

Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.


Müəllif: