Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi qarşısında Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək.
BDM-dən Teleqraf.com-a verilən məlumata görə, aksiyada Türkiyəyə dəstək nümayiş etdiriləcək, şəhidlər anılacaq.
Aksiya yanvarın 26-da, saat 15:00-da baş tutacaq.