İranın dövlət telekanalı Türkiyə Silahlı Qüvvələrinin Afrində terror təşkilatı PYD/PKK-ya qarşı kimyəvi silahdan istifadə etdiyinə dair xəbər yayıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, “Zeytun budağı” əməliyyatı barədə yayımlanan xəbərdə heç bir dəlilə əsaslanmadan Afrində PYD/PKK-ya qarşı kimyəvi silahdan istifadə edildiyi iddia olunub.
Dövlət telekanalının rəsmi internet saytı olan İRİB xəbəri ərəb dilində fəaliyyət göstərən Əl-Aləmə istinadla yaysa da, sözügedən kanalda belə bir iddia səslənmədiyi məlum olub. İRİB-in PYD/PKK mənbələrinə istinadla belə bir iddia ortaya atdığı barədə versiyalar irəli sürülür.