9 Fevral 2018 01:38
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan məmurlara, xüsusilə də, Milli Məclisin deputatlarına Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrə baş çəkməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "araratnews.am" portalı xəbər yayıb. Sərkisyan qeyri-rəsmi qadağasına səbəb məmurların işğal altındakı torpaqlara gedərək erməni silahlıları ilə görüşməsi, selfi çəkdirməsi və bununla da özlərini reklam etmələri olub.

Erməni mətbuatı yazır ki, Yeni il bayramında məmurların işğal altındakı torpaqlara getməməsinin başlıca səbəbi də məhz Sərkisyanın qoyduğu qadağa ilə bağlı olub.


Müəllif: Ayxan

Oxşar xəbərlər