10 Mart 2018 11:35
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlərə verilən vəsiqəyə Mətbuat Şurasının möhürü vurulmalıdır.

Teleqraf.com-un məlumatına görə, bunu Mətbuat Şurasının VII qurultayında "Ədalət" qəzetinin baş redaktoru, millət vəkili Aqill Abbas deyib:

“Bununla bağlı mən “Ədalət” qəzetinin səlahiyyətlərinin Mətbuat Şurasına verilməsini təklif edirəm. Qəzetlərdə baş redaktorlara yanaşı Mətbuat Şurasının da möhürü olsun. Jurnalistlərə verilən vəsiqədə Mətbuat Şurasının möhürü yer alsın. Bu möhür ASAN xidmətdə hazırlana bilər.

Hərə bir qəzet açıb vəsiqə verir. Lakin dünyada jurnalistlər sarı kartdan istifadə edir. Bu gün bəzi qəzetlər qeydiyyatdan keçir, lakin işçilərinə maaş vermir, reketçiliklə məşğul olurlar".

Aqil Abbas bu il Mətbuat Şurasının 15 illik yubileyi olduğunu deyib: "Təklif edirəm ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu il jurnalistlərin dostu elan edilsin. Jurnalistlərin problemlərinin həlli üçün fikirlərimizi Prezidentə çatdırmaqda o, ən böyük dəstəkçimizdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər