İran Xarici İşlər naziri Məhəmmədcavad Zərif Bakıya yola düşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran XİN-in sözçüsü Bəhram Qasimi məlumat verib.
O bildirib ki, Zərif Bakıda İran, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrinin 4 tərəfli görüşündə iştirak edəcək.
İran XİN rəhbəri Bakıdan Suriya ilə bağlı üçtərəfli görüşdə iştirak etmək üçün Astanaya yola düşəcək.