Rusiya ərazisinə keçən 150 ukraynalı əskər könüllü olaraq qondarma Donetsk Xalq Respublikasının döyüşçülərinə qoşulublar
Bu haqda qondarma respublikanın baş naziri Aleksandr Zaxarçenko məlumat verib.
O, əlavə edib ki, mühasirəyə düşmüş ukraynalı hərbçilərdən 18 “Qrad” qurğusu, çoxlu sayda tank və zirehli maşın qənimət kimi ələ keçirilib.
Xatırladaq ki, avqustun 4-də 400 ukraynalı mühasirəyə düşərək Rusiya ərazisinə keşmişdi.
Onların böyük bir hissəsi artıq Ukraynaya qayıdıb.
/publika.az/