ABŞ prezidenti Donald Tramp Avropa ölkələri liderlərini Rusiya diplomatlarını ölkələrindən xaric etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Tramp avropalı müttəfiqlərlə bu istiqamətdə müzakirələr aparıb və onları Rusiyaya qarşı başladılan kampaniyaya qoşulmağa çağırıb.
Qeyd edək ki, “Skripalın işi” üzrə ABŞ Rusiyanın 60, Avropa Birliyinin 14 ölkəsi isə 30 rus diplomatını öz ərazilrindən uzaqlaşdırıb.