30 Mart 2018 00:34
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan uzun illərdir ki, özünün Qərblə Şərq arasındakı körpü statusunu möhkəmləndirir.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Onun sözlərinə görə, bu status Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsindən sonra Azərbaycanın Çinlə Avropa arasında ən qısa tranzit yoluna çevrilməsi ilə də təsdiq olunur:

“Azərbaycan Çindən Avropaya yüklərin daşınması müddətini 12 günədək azaldıb, bu isə bütün Avrasiya materikinin iqtisadi vəziyyətinə müsbət təsir göstərməyə bilməz”.

Səfir qeyd edib ki, Azərbaycanın hazırda üzərində işlədiyi regional və dünya miqyaslı layihələr təkcə regionda yox, həm onun xaricində heyranlıq doğurur.

“Azərbaycanın daxili iqtisadiyyatına gəldikdə isə, biz onun möhkəmlənməsini və inkişafını, eləcə də ölkə hökuməti tərəfindən dayanıqlı inkişaf üçün görülən tədbirləri məmnunluqla izləyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər