Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 994 196 nəfəri, yaxud 18,71 faizi səs verib.
Teleqraf.com xəbər verir ki, bu barədə MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib. Bu rəqəm ölkə üzrə 125 seçki dairəsi və 5605 seçki məntəqəsindən alınan məlumat əsasında açıqlanıb.
Ölkə üzrə 125 seçki dairəsi və 5605 seçki məntəqəsinin hamısı hesabat verib.