Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər nazirinə də müraciət etmişəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Valeh Ələsgərov deyib.
O, bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə veriləcən cəzanın yetərli olmadığını deyib:
“Su anbarına tullantı axıdanlara 6550 manat cərimə kəsildi. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Cərimə az olsa, insanlar qanuna əməl etməkdə maraqlı olmayacaq”.