15 İyun 2018 12:24
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu bayramın bütün ölkə ərazisində geniş formada qeyd olunduğunu bildirib.

"Uzun illər müsəlman təşkilatlarının ölkə və cəmiyyət həyatında aktiv şəkildə iştirakı, ailə istitutları və dəyərlərinin qorunmasında göstərdiyi xidmətlər hörmətə layiqdir. Gənclərin, əcdadlarının adət-ənənəsinə qovşuması əhəmiyyətlidir" - deyə dövlət başçısı qeyd edib.

Baş nazir Dmitri Medvedyev də bayram təbriki ünvanlayıb.


Müəllif: Nərgiz