21 İyun 2018 09:52
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edildiyi, onların ölkəyə necə idxal olunduğu və ən əsası bunu kimlərin etdiyini araşdırmağa ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov pambıqdan ard-arda zəhərlənmə hadisələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, pambıq sahələrndə zəhərlənmə hadisələri bəzi məqamları daha aktuallaşdırıb: “Bu, yalnız hüquqi məsələ deyil, belə hallar gələcəkdə aqrar məhsulların istehsalına marağı azalda bilər. Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir. Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır”.

Ekspertin fikrincə, Azərbaycanda pambıq yığımının texnolojiləşməsinə ehtiyac var: “Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək.

Aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər