Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lənkəranda vətəndaşları qəbul edəcək.
Komitədən Teleqraf.com-a bildiriblər ki, qəbul iyulun 5-də Lənkəran şəhərində Astara, Lerik və Lənkəran rayonlarının sakinləri üçün keçiriləcək.
Komitə sədrinin qəbuluna düşmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət edə bilər.