7 İyul 2018 13:15
5 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüfləndirici haldır ki, özəl sektorda bəzi təhsil müəssisələrinin uzun müddət fəaliyyət göstərə bilməməsi Azərbaycanda insanların özəl təhsil müəssisələrinə inamsızlığını ortaya qoyur. “İstək” liseyinin "Çağ" Öyrətim Şirkətinin əvəzedici funksiyası yerinə yetirdiyi məlumdir. İnfrastrukutu, kadrları tam şəkildə əvvəlki sistemdən qorunub saxlanan mərkəzdir. Fikrimcə, məktəbin bağlanma səbəbi tələb olunan sayda şagirdlərin toplanmamasıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov “İstək” liseyinin fəaliyyətini dayandırmasına münasibət bildirərkən deyib.

Ekspert xatırladıb ki, "Çağ" Öyrətim Şirkətləri müəyyən siyasi məsələlərə təsir göstərmək niyyətini güdürdülər:

“Qafqaz Universitetində o prosesləri gördük. Onların Türkiyədə dövlət çevirilişinə cəhd göstərən bir xəttin tərəfdarları olduqları ortaya çıxdı. "İstək" liseyinə gəlincə, son illər liseyin fəaliyyətində zəifləmə müşahidə olunurdu. “İstək” liseyi üçüncü bahalı lisey isi, təhsil haqqı 7 min manatdan 11 min manatadək dəyişirdi. Bu da müraciət edənlərin sayına kəskin şəkildə təsir göstərirdi. Məndə olan məlumata görə, son 1 həftəyə qədər lisey qəbulla bağlı reklam kampaniyası aparırdı və xeyli şagird qəbulu həyata keçiriblər. Onlar ən azı 7 min manata qədər pul ödəyiblər. Təəssüf ki, həmin valideynlərin pulunun qaytarılması ilə bağlı proses aparılmır”.

Təhsil eskperti Etibar Əliyev isə deyib ki, özəl liseylərin yaranması və fəaliyyəti vaxtilə orta təhsildə rəqabət mühitinin formalaşdırılmasına xidmət edən layihə olub: "“İstək” liseyi də vaxtilə fəaliyyətinə xitam verilmiş türk liseyinin yerində yaradılmışdı. Əvvəlləra bu liseyin yaxşı nəticələrinin şahidi olmuşam. Lakin son vaxtlar liseyin fəaliyyətində zəifləmə müşahidə olunub ki, bu da onun bağlanması ilə nəticələnib".

Qeyd edək ki, “İstək” liseyinin təsisçisi fəaliyyətini dayandırmaq qərarı ilə əlaqədar liseyin pedaqoji və şagird tərkibinin yerləşdirilməsinə kömək üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlik yanında artıq liseyin şagird və pedaqoji tərkibinin bölgüsü üzrə xüsusi işçi qrupu yaradılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər