11 İyul 2018 20:54
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda millətlərarası və dini məsələlərdə tarixən qarşılıqlı hörmət, qondarma olmayan, təbii dözümlülük olub. Bu torpaqda azərbaycanlılarla bərabər ruslar, yəhudilər, gürcülər, zamanında ermənirər belə, heç bir fərq edilmədən bir-birinə mehriban, səmimi qonşu, dost, əziz və yaxın olublar.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xalq artisti Faiq Ağayev Gəncə şəhərində baş vermiş insidentdən danışarkən deyib.

Xalq artisti qeyd edib ki, ölkəmizdə heç kimlə sırf müsəlman, pravoslav və ya katolik xristian, iudaist olduğuna görə münasibət qurulmayıb:

"Məhz buna görə də, həmişə məmləkətimizdə bu zəmində çaxnaşma yaratmaq cəhdləri fiaskoya uğrayıb. Gəncədə baş vermiş hadisələrin mənbəyi birmənalı olaraq ölkədaxili məsələ deyil. Kənardan qurulan və kənardan da idarə edilən qərəzli, çirkin məqsədli, dövlətimizi uçuruma sürükləmək üçün hesablanan açıq-aydın bir intervensiya - məxfi müdaxilədir.

Bu vətən nələr görməyib? Heç şübhəsiz ki, bu hücuma da sinə gərəcəyik, əminəm. Lakin bu murdar qərəzi hərəmiz özlüyümüzdə soyuqqanlı, detallı, dibinə kimi dərin araşdırıb-qiymətləndirməliyik. Mütləq".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər