26 İyul 2018 12:05
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan piyadalara və sürücülərə qarşı reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı əvvəlcə müəyyən edilmiş yerlərin kənarından keçdiklərinə görə piyadalar polis əməkdaşları tərəfindən saxlanılıb, onlar barəsində müvafiq tədbirlər görülüb.

Eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobil idarə edən, avtomobilin arxa baqaj hissəsinə qəsdən yük qoymaqla onu müxtəlif formalara salan , sərxoş vəziyyətdə sükan arxasında oturan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər