Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.
Bundan başqa, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.