Xeyirxahlıq, həmrəylik və bərabərliyin təcəssümü olan müqəddəs Qurban bayramı cəmiyyətimizdə qardaşlıq və milli birlik hisslərini daha da gücləndirir.
Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, Qurban bayramı öz tarixi kökümüzə sıx bağlılığımızı nümayiş etdirir:
“Qurban bayramı insanları mənəvi saflığa, mərhəmətə ruhlandırır, eləcə də yüksək əxlaqi hisslər aşılayır. Bu bayramın dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi şəkildə qeyd edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.