9 Sentyabr 2018 20:24
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova prezidenti İqor Dodo və ailəsinin uğradığı qəza təsadüfi deyil, ölümə cəhddir.

Teleqraf.com xəbər verir ki, bunu Moldova parlamentində Sosialistlər Partiyasından olan deputat Vlad Betrınça mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.

Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.

Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib. Moldova prezidenti mətbuata açıqlamasında vəziyyətinin normal olduğunu qeyd edib. Qəza zamanı prezidentin anası ağır xəsarət alıb.

Qəzaya ilkin səbəb kimi ötmə əməliyyatını yerinə yetirən yük maşının qarşı hərəkət zolağına çıxması göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər