25 Sentyabr 2018 10:49
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Məclisinin 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qana Respubikasının xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət