Bu ilin avqust-sentyabr ayında aparılan monitorinq zamanı televiziya verilişlərində 3120 norma pozuntusu qeydə alınıb. Bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 5630-ü üslubi səviyyədədir. Radioların dilinin monitorinqi zamanı 1017 norma pozuntusu qeydə alınıb. Bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-ü üslubi səviyyəyə aiddir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Azərbaycan Dilçiliyi Kafedrasının əməkdaşı Təranə İsmayılova Space, Atv və İTV telekanalları, İctimai, Azad Azərbaycan, 100.5, 106 FM, 104 FM və ASAN radio kanalları üzrə monitorinqin nəticələrini açıqlayarkən deyib.
Onun sözlərinə görə, TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyədədir.
“Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 norma pozuntusu qeydə alınıb. Onlardan 195-i bədii, 106-sı cizgi, 81-i sənədli, 6-sı verilişlərdə müşahidə edilib. Monitorinq zamanı qeydə alınmış 4633 faktdan 2765-i fonetik, 511-i leksik, 684-ü qrammatik, 673-ü üslubi səviyyədə norma pozuntularıdır.
Space tv-nin monitorinqi zamanı 417 pozuntu aşkar edilib. Onların 129-u xəbər, 288-i qeyri xəbər proqramları üzrə qeydə alınıb. Bunlardan 267-si fonetik, 37-si leksik, 47-si qrammatik, 66-sı üslubi səviyyəyə aiddir.
ATV-nin monitorinqi zamanı 750 pozuntu qeydə alınıb, onların 133-ü xəbər, 617-si qeyri-xəbər proqramları təşkil edir. Onların 503-ü fonetik, 55-i leksik, 90-ı qrammatik, 102-si üslubi səviyyəyə aiddir.
İctimai televiziyada monitorinq zamanı 474 norma pozuntusu aşkar edilib. Pozuntuların 129-u xəbər, 345-i qeyri-xəbər proqramlarıdır. Bunlardan 389-u fonetik, 21-i leksik, 36-sı qrammatik, 385-i üslubi səviyyədə qeydə alınıb.
İctimai radioda 101 norma pozuntusu aşkar edilib, bunların 53-ü xəbər, 48-i qeyri-xəbər proqramlarındadır. Onlardan 92-si fonetik, 8-i qrammatik, 1-i üslubi səviyyədədir.
Azad Azərbaycan radiosunda 61 pozuntu aşkar edilib ki, bunların hamısı xəbər verilişlərində qeydə alınıb. Bunların 56-sı fonetik, 4-ü qrammatik, 1-i üslubi səviyyədədir.
100.5 FM-də monitorinq zamanı 143 pozuntu aşkar edilib. Bu radioda pozuntular hamısı xəbər proqramındadır. 105 pozuntu fonetik, 6 pozuntu leksik, 17 pozuntu isə üslubi səviyyədədir.
106 FM-də 92 norma pozuntusu aşkar edilib, onların 50-si xəbər proqramlarındadır. Pozuntuların 80-i fonetik, 2-si leksik, 6-sı qrammatik, 4-ü üslubi səviyyədədir.
Space FM-də 83 pozuntu aşkar edilib. Pozuntuların 12-si xəbər, 71-i xəbər proqramlarındadır. Bunlardan 50-si fonetik, 9-u leksik, 16-sı qrammatik, 6-sı üslubi səviyyədədir.
ASAN radioda 183 pozuntu aşkar edilib, onların 64-ü xəbər proqramlarında qeydə alınıb. Pozuntuların 169-u fonetik, 2-si leksik, 7-si qrammatik, 5-i üslubi səviyyədədir”.
T.İsmayılova bəzi nümunələrə də diqqət çəkib.
“Məsələn, Space Tv-də yayımlanan “Praym-şok” verilişində aparıcı Çingiz Əhmədov “Didim, axı üreyim partlayır, qurban olum, sən mənim na ğadar saxlıyceysan bele gözümü?” ATV-nin “10-dan sonra” verilişində Əkbər Əlizadə “ E eh, eh diyir, mən nə hayda, süz nə hayda” kimi pozuntular qeydə alınıb”.
Qeyd edək ki, monitorinqlər Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə birlikdə Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilib qorunması”layihəsi əsasında aparılıb.