Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, hazırda Şimali Kiprdə səfərdə olan Ərdoğan Bakıya səfərindən danışıb. Hava limanında vətəndaşlarla görüşən Ərdoğan söyləyib ki, həmişə olduğu kimi prezident seçkilərindən sonra da ilk səfərini Şimali Kiprə edib: “Sabah da inşallah Azərbaycana səfərimiz var, Azərbaycana gedəcəyik. Bizim uzun illərdir, istər baş nazir, istərsə də prezident seçkilərindən sonra ənənəvi olaraq Azərbaycana səfərimiz baş tutur. Bu səfər bizim vəzifəmizdir”.
Kəmalə