16 Mart 2019 16:34
2 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı əsasında azad edilənlər arassında bir sıra tanınmış şəxslər də var.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı (1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilib) AXCP üzvü, partiya funksionedi Natiq Ədilovuun qardaşı Murad Ədilov (1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 14 may tarixli hökmü ilə məhkum edilib) və sabiq səhiyyə naziri Əli İnsanov (1946-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilib) cəzasının çəkilməmiş hissəsindən azad olunublar.

Bundan əlavə sərəncamla AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, habelə blogger Rəşad Ramazanov, dini fəal Nicat Əliyev, dini fəal, 17 il müddətinə azadlıqdan məhrum edilmiş Zülfüqar Mikayılov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov da əfv edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər