2 Sentyabr 2014 15:35
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisinin sədri Oqtay Əsədov Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri, Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, sabiq dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşüb.

Görüşdə spiker Almaniya-Azərbaycan Forumunun işini yüksək qiymətləndirib. Bildirib ki, görülən işlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Azərbaycan-Almaniya əlaqələrinə toxunan Oqtay Əsədov deyib ki, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir: “Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard 200 milyon dollardan çox olub. Bu ilin altı ayında isə bu rəqəm 1 milyard 300 min dollar təşkil edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət əlaqələrini daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var”.

Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini xatırladan spiker Almaniya parlamentində də Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu diqqətə çatdırıb. Sədr dostluq qrupları arasında əməkdaşlığın önəmli olduğunu deyib.

Oqtay Əsədov üç il əvvəl Azərbaycanın Xanlar rayondan bir qrup şagirdin Almaniyanın Ştutqart şəhərinə səfər etdiyini xatırladaraq deyib ki, bu günlərdə Ştutqartdan da Xanlar rayonuna bir qrup şagird gələcək. Bu, yetişməkdə olan nəsillər arasında gələcək əlaqələrin yüksək səviyyədə olacağından xəbər verir.

Hans-Eberhard Şlayer Almaniya-Azərbaycan Forumunun ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət etdiyini deyib. Qeyd edilib ki, hər iki tərəf Forumun işinin səmərəliyini artırılması üçün öz töhfələrini verir. O, Forumun Azərbaycan parlamenti ilə də əməkdaşlığının sevindirici hal olduğunu bildirib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər