2 May 2019 12:08
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirley Ayorkor Boçveylə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə ediblər.

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib. Habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər