24 May 2019 11:18
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər".

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyət qurucuları böyük hörmətlə yad edilirlər: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.

B.Muradova vurğulayıb ki, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövləti də qorunmalıdır: “Azərbaycanda parlamentarizm mədəniyyəti heç də kənardan gəlməyib. Azərbaycanda parlament ənənələri qədimdən mövcud olub”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər