Milli Məclisin keçmiş deputatları olan bir qrup şəxs mənə müraciət edib. Onlar xahiş edirlər ki, pensiyaları ilə bağlı məsələyə baxılsın.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.
Deputat əlavə edib ki, keçmiş deputatlar ona məktubla müraciət edib: “Mən həm Oqtay müəllimdən, həm də maliyyə naziri Samir Şərifovdan bu məsələni nəzərə almağı xahiş edirəm”