26 İyul 2019 18:31
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərdə batan İran gəmisinin xilas edilən ekipajı Bakıya gətirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən xilas edilən "Şəbahəng” quru-yük gəmisinin 9 nəfərdən ibarət ekipajı saat 22 radələrində Bakıya çatacaq.

Xatırladaq ki, bu gün saat 14:15-də DSX-nin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər