16 Sentyabr 12:20

Bu gün orta və ali təhsil müəssisələrində yeni tədris ilinə start verilib.

Teleqraf.com xəbər verir ki, şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün bu gün bayramdır.

Qeyd edək ki, Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanıb.

Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Teleqraf.com-un foto-müxbiri bu gün otra təhsil ocaqlarından hazırladığı fotoları təqdim edirik:

Foto: Ceyhun Rəhimov


Müəllif: Teleqraf.com