20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək məqsədi ilə yanvarın 20-də bütün hər yerdə olduğu kimi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də bir dəqiqəlik sükut olacaq.
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Mərkəz ərazisində avtobuslar dayanaraq eyni anda siqnal verəcək.