16 Mart 2020 12:39
11 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun qəbul ediləcəyi haqda məlumat yayılıb.

Bu barədə millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, hələlik bu haqda dəqiq məlumat yoxdur: “Qərarın qəbul olunması ehtimalı var. Bütün hallarda qaydalar sərtləşdiriləcək.

Bu gün müvafiq komitələrdə məsələ ilə bağlı müzakirələr aparılır. Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunacaq. Müzakirə olunduqdan sonra dəqiq qərar veriləcək. Vətəndaşların vəziyyəti nəzərə alınacaq.
Burada həyati riskdən söhbət gedir. Ona görə də məsələdə ən ciddi addımların atılması vacibdir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər