6 Oktyabr 2020 14:34
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləyə bilməsi üçün mübarizəmizi davam etdirəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə söyləyib.

“Yazıçı Sezai Karakoç belə deyərdi:

“Onlar sanırlar ki, biz sussaq məsələ qalmayacaq.

Halbuki biz sussaq, tarix susmayacaq.

Tarix sussa, həqiqət susmayacaq”, - nazir qeyd edib.

Mövlud Çavuşoğlu həmçinin Azərbaycan himnindən də bir parça səsləndirib:

“Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər