15 Oktyabr 2020 23:00
2 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan 30 ildən çoxdur ki, Azərbaycan ərazilərini işğalı altında saxlayır. PKK da bu hücumlarda Ermənistanın yanında yer alaraq, həm işbirliyi missiyasını yerinə yetirir, həm də Türkiyəyə qarşı yeni bir terror cəbhəsi açır”.

Teleqraf.com xəbər verir ki, bunu türk jurnalist Faruk Aktaş deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinə atılan “Skud” raketləri bu münasibətlərin ən konkret göstəricilərindən biridir:

“Bu raketlərin Ermənistan silahlı qüvvələrinin inventarında olmadığı bildirilir. Raketlərin bura Ermənistana keçən PKK terrorçuları tərəfindən gətirildiyi ehtimal edilir. Bu “Skud” raketlərinin Suriyadan Ermənistana necə daşınması da başqa bir müzakirə mövzusudur”.

Jurnalist qeyd edib ki. Suriyanın şimalında Türkiyəyə qarşı terror dövləti yaratmaq istəyən qüvvələr indi də Ermənistanın arxasında dayanıblar:

“Ermənistanı Azərbaycana qarşı qızışdıran da həmin dövlətlərdir. Bu hücumlar İraq, Liviya, Aralıq dənizinin şərqi və Egey dənizindəki hesablaşmanın davamıdır. Bu baxımdan, Ankaranın dəstəyi ilə Azərbaycanın qazanacağı zəfər, həm də Türkiyənin terror mühasirəsindən çıxması demək olacaq. Yəni bu, həm də Türkiyənin qələbəsi deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər