19 Oktyabr 2020 12:56
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizi çətin bir qış gözləyir. Heç kim bu məsələdə ən kiçik tərəddüd etməməlidir. Sosial məsafə hələ yetərli səviyyədə deyil. Qarşıdakı aylarda infeksiya riski nə qədər çox olarsa, xəstələrin sayı o qədər artar və təəssüf ki, bununla əlaqəli daha yüksək ölüm ola biləcəyini təxmin edirik. Ümid edirik ki, yanılaq, amma statistika belə göstərir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyəli tibb professoru Abdullah Sayıner açıqlayıb.

O bildirib ki, havalar soyuduqca insanlar evdə daha çox vaxt keçirəcək: “Tənəffüs yolu virusları günəşin özünü daha az göstərdiyi soyuq havalarda daha təsirli olur. Bu, təkcə koronavirusa aid deyil, əksər qrip və digər tənəffüs yolu virusları üçün də keçərlidir.

Buna görə də qarşıdakı aylarda daha yüksək infeksiya riski, daha çox insanın xəstələnməsini və təəssüf ki, bununla əlaqəli ölümlərin daha yüksək olacağını təxmin edirik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər