22 Oktyabr 2020 23:13
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu Qafqaza hüzur və sülh gətirəcək".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncədə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Ümid edirəm ki, Azərbaycanın bu haqlı mübarizəsi qələbə ilə nəticələnəcək, işğal sona çatacaq, ölümlər bitəcək, məcburi köçkünlər öz yerlərinə qayıdacaq. İllərdir övlarlarına dedikləri vətənlərində olacaqlar. Biz istəyirik ki, bunlar sülhlə həyata keçsin. Əks təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını müharibə yolu ilə azad etməkdə haqlıdır və dünya da bunu dəstəkləməlidir".

Qeyd edək ki, Ş.Malkoç Gəncəyə səfəri çərçivəsində ermənilərin raket atəşi nəticəsində həlak olanların yaxınları ilə də görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər