4 Noyabr 2020 14:40
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti və terrorçu ölkənin xarici dövlətlərdəki diasporları tərəfindən Azərbaycanın haqq savaşına kölgə salmaq üçün yalan və doğru olmayan məlumatların yayılmasına çalışırlar".

Teleqraf.com-un Gəncə bürosunun verdiyi məlumata görə, bu fikirləri Gəncə şəhərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, bütün yalan və iftira dolu xəbərlərlə baxmayaraq Azərbaycan xalqı vəhdət halında Ali Baş Komandanın ətrafında birləşib və işğal altında olan torpaqlarımızı azad edir.

“Erməni yalanlarının dəf edilməsində, haqq səsimizin dünyaya çatırılmasında türk icmasının da böyük köməyi var. Onu bildirim ki, Azərbaycan icması və Türk icması dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir. Gəncədən qayıdarkən bu gün burada olan qardaşlarımız bütün Türk icmalarına, xaricdə yaşayan soydaşlarına məlumat verəcək. Eyni zamanda biz birgə konkret addımlar atırıq. Yol xəritəmiz var və bu yol xəritəsi istiqamətində işimizi görürük. “ - deyə F. Muradov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər