30 Noyabr 2020 18:28
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində ödəyəcəyi təzminat 50 milyard dollar yox, 53,5 milyard dollardır. Amma bu, yalnız işğalın ilk 7 ili üçün hesablanmış ziyandır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

O bildirib ki, təzminat məsələsi son həftələr geniş müzakirə olunur: “Sosial medianın Azərbaycan siqmentinə kənardan bu mövzuya hədəflənmiş “yalandır” təbliğatı və bu təbliğatı daxildə qrupların da müxtəlif interpretasiyada aparması müşahidə olunur. Bu rəqəm BMT 2000-ci ildə “Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsi ilə bağlı Azərbaycana dəyən ziyan” haqqında yaydığı rəsmi hesablamalara əsaslanan hesabatda əksini tapıb. Amma BMT-nin bu hesabatı cəmi 7 ili - 1993-2000-ci illəri əhatə edir və 53,5 milyard dollarlıq ziyan yalnız işğalın ilk 7 ili üçün hesablanmış ziyandır”.

Yeganə Hacıyevanın sözlərinə görə, işğalın sonrakı 20 ili üçün dəyən ziyan hələ hesablanmayıb:

“Torpaqlarımızı 2020-ci ildə işğaldan azad etdiyimiz üçün, deməli, bu məbləğ 3 dəfə çoxdur. Hər nə qədər Azərbaycanda və xaricdə Ermənistanın hüquqi-siyasi vəkilliyini aparmağa çalışan vəkillər, siyasi-ictimai simalar, iqtisadi dairələr və s. olsa da, hamı bilsin ki, həmin məbləği son qəpiyinə kimi alacağıq. Ödəməyəcəklər, ödəyə bilməyəcəklər, beynəlxalq məhkəmələrdə Ermənistanın dövlət mülkiyyətlərini enerji, mədən və digər sənaye müəsisələrini əllərindən alacağıq”.

Politoloq deyir ki, Ermənistanın heç bir halda ödəyə bilməyəcəyi zərərlər də var: “Milyonlarla vətəndaşlarımızı həyatına, psixologiyasına dəymiş ziyanlar, yarımçıq qalmış, dağılmış ömürlər, yaşanmamış uşaqlıqlar, puç olan gəncliklər və s.

Amma son aylar yaşadıqlarımız bizə hər nə qədər zaman keçməsinə baxmayaraq, bütün hesabların mütləq ödəniləcəyini öyrətdi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər