İngiltərədə Cənubi Afrikadan olan 2 nəfərdə koronavirusun (COVID-19) başqa bir növü aşkar edilib.
Teleqraf.com xərər verir ki, bunu İngiltərənin Səhiyyə naziri Metyu Henkok açıqlayıb.
O qeyd edib ki, yeni növ olduqca təhlükəlidir: “Çünki İngiltərədə kəşf edilən yeni növdən daha çox mutasiyaya uğramış kimi görünür".
Virusun Cənubi Afrikadan gələn 2 nəfərdə təsbit edildiyini deyən nazir onların karantinə alındığını vurğulayıb. O, Cənubi Afrika ilə səyahətlərə məhdudiyyətlər qoyulduğunu da fikirlərinə əlavə edib.
Henkok son 2 həftədə Cənubi Afrikada səfərdə olan və ya bu ölkədən biri ilə yaxın təmas saxlayan hər kəsin dərhal özünü təcrid etməsini zəruri sayıb.
"501.V2" adlandırılan virusun yeni növü Cənubi Afrikada yoluxmaların təxminən 80-90 faizini təşkil edir.
Qeyd edək ki, keçən həftə İngiltərənin Baş naziri Boris Conson ölkədə 70 faiz daha sürətli yayılan yeni COVID-19 növünü tapdıqlarını açıqlamışdı.