19 Yanvar 2021 16:11
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin qiymətləndirilməsi beynəlxalq səviyyədə aparılmalıdır. Qiymətləndirmə Azərbaycan alimləri, iqtisadçılar, ekspertlər, QHT təmsilçiləri, beynəlxalq qiymətləndiricilər tərəfindən hazırlanıb. Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının iştirakı təmin edilib.

Bunu Teleqraf.com-a siyasi şərhçi Eltun İbrahimov deyib.

O qeyd edib ki, qiymətləndirməyə müxtəlif illərdə Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara verilmiş hesabatlar da daxil edilib:

“Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müxtəlif formaları mövcuddur. Azərbaycan tərəfi 2021-ci ilin 15 yanvarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib. Həmin sənədlərdə erməni təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşların hüquq və azadlıqlarının pozulmasına dair faktlar əksini tapıb. Dövlətlərarası ərizə BMT Baş Assambleyasının 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsində təsbit olunub. Eyni zamanda 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları prinsipinə uyğundur. İnsan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar mövcuddur”.

Siyasi şərhçiyə görə, 60/147 saylı qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə həll edilməlidir:

“Həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntuları qeyd olunub. Beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına konpensasiyaının ödənişi nəzərdə tutulur. Pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydalar var. Zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər. Bu ümumi dəymiş ziyandan bəhs edir. Hazırkı ərizə ilə bağlı Azərbaycan tərəfindən müraciət olunub. Ermənistan tərəfi məhkəmə qərarını icra etmədiyi halda dövlət məsuliyyəti daşıyır. Dövlətin Avropa Şurasında üzvlüyünün dayandırlmasına və əgər qərarın icra olunmaması davam edərsə, bu halda üzvlükdən çıxarılmasına səbəb ola bilər”.

Eltun İbrahimov bildirib ki, Azərbaycan tərəfinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim etdiyi ərizə ədalətli şəkildə araşdırılacaq:

”Beynəlxalq hüququn normaları çərçivəsində Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızla bağlı hüquqi qiymət veriləcək. Hüquq və azadlıqları ikili standartlara yol verilmədən ədalətli şəkildə təmin ediləcəyinə əminlik var”.


Müəllif: Tapdıq Qurbanlı