29 Yanvar 2021 10:50
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Badamdardakı sürüşmə ərazisinə gedib.

Teleqraf.com xəbər verir ki, o, əraziyə baxış keçirib, vəziyyətlə tanış olub.

Eldar Əzizov sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalı olduğunu deyib.

O qeyd edib ki, Bakı şəhəri İcra hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə araşdırmalar aparmalıdırlar: “Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər